İtaliyada idman jurnalisti Luka Espozito vəhşicəsinə qətlə yetirilib.

Matc.az xəbər verir ki, bu barədə ölkənin "Rai" teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, 53 yaşlı jurnalistin yanmış bədənini yanğınsöndürənlər Eboli şəhərciyində tapıblar. Espozitonun şəxsiyyətini cinayət yerinin yaxınlığında onun avtomobilinin dayandığına görə müəyyənləşdirmək mümkün olub.

Müayinə zamanı məlum olub ki, jurnalisti əvvəlcə güllələyib, daha sonra isə bədənini yandırıblar. Bu cinayətin motivləri hələlik məlum deyil, qatillərin axtarışı davam edir.

Espozito Salerno şəhərinin qəzetlərindən birində çalışırdı, həmçinin eyniadlı futbol klubuna həsr olunmuş "Tutto Salernitana" saytının baş redaktoru idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest