"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara “Liverpul”a keçməyə yaxındır. Matc.az “Sport.es”ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu “qırmızılar”la razılığa gəlib.

Bildirilir ki, hazırda klublar arasında danışıqlar davam edir. Münxen klubu Alkantarının satışından 35 milyon avro qazanmaq niyyətindədir. “Liverpul” da bu qiymətə etiraz etmir. Ancaq Premyer Liqa təmsilçisi bu məbləği hissə-hissə ödəmək üçün “Bavariya”nı razı salmağa çalışır.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi cari mövsüm Münxen klubunda 35 matç keçirib və 3 qol vurub. Onun klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest