"Real"ın baş məşqçisi Zinəddin Zidan Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Matc.az xəbər verir ki, fransalı mütəxəssis onun İspaniyada qalmasını istədiyini açıqlayıb:

"Nə olacağını bilmirəm, amma Messinin “Barselona”dan getməyəcəyinə ümid edirik. Çünki o, bizimlə birgə eyni çempionatda çıxış edir. Biz isə La Liqada ən yaxşıların oynamasını istəyirik”.

Qeyd edək ki, 33 yaşlı argentinalının 2021-ci ildə Kataloniya klubundan ayrılacağı bildirilir. Messi cari mövsüm La Liqada keçirdiyi 28 matçda 22 qol vurub və 18 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest