Bu gün Millətlər Liqasında 2018/19 mövsümünün son püşkü atılıb. Matç.az saytı xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində "Dördlər finalı"nın püşkatma mərasimi keçirilib.

Tədbirdə yarımfinal cütləri, həmçinin hansı cütdəki komandaların final və 3-cü yer uğrunda matçda nominal meydan sahibi sayılacağı da dəqiqləşib.

Millətlər Liqası

Yarımfinal

5 iyun

Portuqaliya  - İsveçrə

6 iyun

Hollandiya -  İngiltərə

III yer uğrunda oyun

9 iyun

1-ci cütün məğlubu – 2-ci cütün məğlubu

Final

9 iyun

1-ci cütün qalibi – 2-ci cütün qalibi

Qeyd edək ki, həlledici mərhələ Portuqaliyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest