Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Milli Olimpiya Komitələri (MOK) və beynəlxalq federasiyalara edəcəyi maliyyə yardımının məbləği açıqlanıb.
 
Matc.az xəbər verir ki, qurum bunun üçün ümumilikdə 100 milyon ABŞ dolları ayırıb. Bu barədə IOC-un rəsmi saytı məlumat yayıb.
 
Məbləğin 63 milyonu beynəlxalq federasiyalar, 37 milyonu isə 206 MOK arasında bölüşdürüləcək. Bu isə o deməkdir ki, hər komitəyə təqribən 180 000 ABŞ dolları ödəniləcək.
 
Bundan başqa, IOC-un İcraiyyə Komitəsi 2020-ci ilin sonunda Milli Olimpiya Komitələrinə daha 150 milyon ABŞ dolları həcmində yardım ayrılacağını açıqlayıb.
 
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunlarına görə Milli Olimpiya Komitələri və beynəlxalq federasiyalara maliyyə dəstəyi verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest