Aleksis Sançes İtaliyada oynamağa davam edəcək. Matc.az "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, "İnter" oyunçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted" klubu ilə razılığa gəlib.

Mövsümü icarə əsasında İtaliya təmsilçisində keçirən çilli futbolçu üçün bir müddətdir danışıqlar davam edirdi. Sançes özü də A Seriyasında çıxış etməkdən məmnunluğu bildirib.

Artıq tərəflər razılığa gəlib. Futbolçu "İnter"lə 2023-cü il qədər müqavilə imzalayacaq. Milan təmsilçisinin təcrübəli forvard üçün qarşı tərəfə 15 milyon avro ödəyəcəyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest