Futbol üzrə İngiltərə kubokunun finalında "Arsenal"la oyunda (1:2) zədələnən "çelsi"nin hücumçusu Pedro Rodriqesin vəziyyəti müəyyənləşib.
 
Matc.az xəbər verir ki, çiynindən zədələnən ispan oyunçu əməliyyat olunub.
 
33 yaşlı futbolçunun azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
London klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaq Pedronun "Roma"ya keçəcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest