Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılır. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi", "Keşlə" və "Sumqayıt"ın da rəqibləri bəlli olacaq.

Artıq "ağ-qaralar"ın və "Keşlə"nin qarşılaşacağı komandalar bəlli olub. "Neftçi" Şimali Makedoniyanın "Şkupi" kollektivi ilə üz-üzə gələcək. İlk oyundan ibarət görüş Bakıda keçiriləcək. 

"Keşlə" isə Albaniyanın "Laçi" klubu ilə görüşəcək. "Qırmızlar" da püşkü görə oyuna ev sahibi kimi çıxacaq. Hazırda davam edən püşkatmada qısa vaxtdan sonra "Sumqayıt"ın da rəqibi bəlli olacaq.

Avrokubokların debütantı "Sumqayıt"ın bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb. "Gənclik şəhəri" təmsilçisi debüt matçını evdə keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest