Qəbələdə təlim-məşq toplanışını davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxır.

Qəbələdə təlim-məşq toplanışını davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti sınağına çıxır.

Matc.az xəbər verir ki, Rui Jorjenin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində sonuncu yoldaşlıq görüşünü keçirəcək.

U-20 millimiz Asiya qitəsinin güclü təmsilçilərindən olan Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

Qeyd edək ki, U-20 yığmamız Qəbələdəki təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində daha əvvəl bir yoldaşlıq oyunu keçirib. Komandamız oktyabrın 3-də baş tutan həmin qarşılaşmada Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb və minimal hesablı (0:1) məğlubiyyətə uğrayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest