Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, Almaniya "Leyptsiq"i İspaniyanın "Atletiko" klubu ilə münasibətlərinə aydınlıq gətirib.
 
Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade" stadionunda baş tutan matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib. üç qolun qeydə alındığı qarşılaşma Almaniya təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, bu komanda yarımfinala vəsiqə qazanıb. "Leyptsiq" finala vəsiqə uğrunda Fransa çempionu PSJ ilə mübarizə aparacaq. 1/4 finalın ilk oyununda məhz PSJ İtaliya "Atalanta"sını 2:1 hesabı ilə məğlub edib.
 
UEFA çempionlar Liqası
1/4 final
13 avqust
 
"Leyptsiq" (Almaniya) – "Atletiko" (İspaniya) 2:1
Qol: Olmo, 51. Adams, 88 – J.Feliks, 71-pen.
Baş hakim: Şimon Marçinyak.
Portuqaliya, Lissabon. "Joze Alvalade" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest