İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun qalibini sabah elan edəcək.

Matc.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, turnirin final qarşılaşması bu il yanvarın 18-də Seneqal və Mərakeş yığmaları arasında keçirilib. Görüşün 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeş millisinin lehinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra Seneqal millisinin kapitanı Sadio Mane komanda yoldaşlarını meydana qayıtmağa razı salıb.

Mərakeş yığmasının vingeri Brahim Dias 90+23-cü dəqiqədə penalti zərbəsini “panenka” üslubunda yerinə yetirsə də, topu qapıçı Eduard Mendinin əllərinə göndərib.

Matçın əlavə vaxtında Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye komandasına qələbə qazandıran yeganə qolu vurub.

 

Mart ayında Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Seneqal yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib və çempionluq titulunu Mərakeşə təqdim edib. İndi isə CAS-ın bu qərarla bağlı yekun mövqeyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest