23 Noyabr 2026, 12:00
FUTBOL
Azərbaycan Premyer Liqasının XII turu cari mövsümün ilk belə göstəricisi ilə yadda qalıb. Matc.az xəbər verir ki, turun heç bir qarşılaşmasında meydan sahibi komanda qələbə qazana bilməyib. Beləliklə, bütün ev sahibləri turu qələbəsiz başa vurub.
Altı görüşdə qonaqlar 4 qələbə və 2 heç-heçə əldə ediblər. “İmişli” “Zirə” ilə (2:2), “Kəpəz” isə “Qarabağ”la (0:0) heç-heçə edib.
Digər dörd qarşılaşmada isə səfər komandaları qalib gəlib. “Sabah” “Sumqayıt”ı 5:1, “Qəbələ” “Şəfa”nı 2:0, “Turan Tovuz” “Şamaxı”nı 2:0, “Neftçi” isə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Misli Premyer Liqasında meydan sahiblərinin bütöv bir turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün II turunda qeydə alınıb. Həmin turun altı qarşılaşmasında beş qələbə qonaqların aktivinə yazılıb, daha bir görüşdə isə heç-heçə qeydə alınıb.













