“Mançester Siti” rəhbərliyi komandanın nəticələrindən asılı olmayaraq, baş məşqçi Enzo Mareskaya etimad göstərmək niyyətindədir. Matc.az xəbər verir ki,  italiyalı mütəxəssis 2026/2027 mövsümünün sonunadək vəzifəsində qalacaq. 
 
Baş məşqçinin müqaviləsinə gələn ilin yayına qədər yenidən baxılmaması barədə qərar hələ mövsüm başlamazdan əvvəl qəbul edilib.
 
 “Şəhərlilər” “Mançester Yunayted” və “Çelsi” kimi klublarda müşahidə olunan tez-tez baş məşqçi dəyişikliklərindən qaçmağa çalışır. Klub rəhbərliyi bu məsələdə “Arsenal”ın Mikel Artetaya münasibətindən nümunə götürür.
 
Belə ki, London təmsilçisi ispaniyalı mütəxəssisin ilk mövsümlərindəki çətinliklərə baxmayaraq, ona vaxt və etimad göstərib. “Mançester Siti” rəhbərliyi də Mareskaya təzyiqsiz şəkildə işləmək, komandaya uyğunlaşmaq və öz oyun fəlsəfəsini formalaşdırmaq üçün lazımi şərait yaratmağı planlaşdırır.
 
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının 11 turundan sonra 22 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Şəhərlilər” lider “Arsenal”dan 6 xal geri qalır. Komanda çempionatdakı son dörd qarşılaşmasında üç məğlubiyyət və bir heç-heçə ilə üzləşib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest