PSJ-nin gənc cinah oyunçusu Dezire Due çarpaz bağlarının yırtılması səbəbindən əməliyyat olunacaq.

Matc.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi açıqlamasında bildirilib.

Qeyd olunub ki, “Nitsa” ilə 3:2 hesablı qələbə ilə başa çatan çempionat matçında zədələnən 21 yaşlı futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb.

Fransalı oyunçunun noyabrın sonunadək əməliyyat olunacağı gözlənilir. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Due cari mövsümdə PSJ-nin heyətində 15 oyunda meydana çıxıb və 6 qol vurub. Komandanın gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya da eyni zədə səbəbindən ötən ay əməliyyat olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest