UEFA Fransa çempionu PSJ-ni cəzalandırıb.
 
Matc.az xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdıqları "Atalanta" ilə oyunda meydana gec çıxdıqları üçün 30 min avro cərimə edib.
 
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. PSJ-nin baş məşqçisi Tomas Tuxelə də bu məsələ ilə əlaqədar xəbərdarlıq elan olunub.
 
Qeyd edək ki, PSJ "Atalanta"ya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest