Bu gün UEFA çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, "Mançester Siti" "Lion"la qarşılaşıb.

Görüş Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade" stadionunda baş tutub.

Bu cütün qalibi növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaqdı. Dörd qolun qeydə alındığı matçda gözlənilməz məğlubiyyətlə üzləşən İngiltərə təmsilçisi mübarizəni dayandırıb. Fransa klubu isə növbəti mərhələyə yüksəlib.

Beləliklə, çL-in yarımfinalında "Bavariya" "Lion"la, PSJ "Leyptsiq"lə üz-üzə gələcək.
 

çempionlar Liqası, 1/4 final
13 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) 1:3
Qol: De Breyne, 69 – Korne, 24. Dembele, 79; 87.
Baş hakim: Denni Makkeli
Portuqaliya, Lissabon. "Joze Alvalade" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest