19 Avqust 2020, 21:36
ÇEMPİONLAR LİQASI
Fransa çempionu PSJ UEFA çempionlar Liqasının yarımfinalında "Leyptsiq"i 3:0 hesabıyla məğlub edib.
Matc.az xəbər verir ki, Paris təmsilçisi turnirdə ardıcıl 34 oyunda qol vuraraq, "Real"ın rekordunu təkrarlayıb.
PSJ çempionlar Liqasında sonuncu dəfə 2016-cı ildə, "Mançester Siti" ilə matçda (0:1) qol vura bilməmişdi.
PSJ klub tarixində ilk dəfə çempionlar Liqasının finalına yüksəlib. Parislilər həlledici görüşdə "Bavariya" – "Olimpik" (Lion) matçının qalibiylə qarşılaşacaq.