Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçirilməli olan "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya) matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, buna "Slovan"ın bəzi futbolçularında koronavirus aşkarlanması səbəb olub.
 
Belə ki, matçdan öncə testdən keçən oyunçularda koronavirus aşkarlanması səbəbindən UEFA bu oyunun keçirilməsinə icazə verməyib. Amma qitə futbol qurumu Slovakiya təmsilçisinə kiçik bir şans verib. Belə ki, qarşılaşma avqustun 21-də "Klaksvik"in stadionunda keçiriləcək. Lakin qonaqlar koronavirus aşkarlanan futbolçularının əvəzində gənclərdən ibarət komandanın üzvlərinin xidmətindən yararlanmaq məcburiyyətindədi. Bratislava klubu həmin oyunçuları matç gününə qədər Farer adalarına çatdırmalıdı.
 
Xatırladaq ki, bu, avrokubokların yeni mövsümündə üçüncü belə haldır. öncə UEFA çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Drita" (Kosovo) – "Linfild" (Şimali İrlandiya) qarşılaşması meydan sahibi komandada bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınmışdı. Lakin növbəti mərhələnin oyunlarına vaxt az qaldığı üçün UEFA Kosovo klubuna texniki məğlubiyyət vermişdi.
 
ötən gün isə Avropa Liqasında 2020/21 mövsümünün ilkin təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqdə yerli "Linkoln" klubu ilə Kosovonun "Priştina" komandası arasında keçirilməli olan qarşılaşma koronavirus pandemiyasına görə təxirə salınıb. Buna Kosovo təmsilçisinin 8 futbolçusunda koronavirus aşkarlanması səbəb olub. UEFA-nın bu oyunla bağlı qərarı hələ açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest