Qeyd edək ki, ilk oyun günündə "Qarabağ"dan başqa, Polşanın "Legiya", Belarusun "Dinamo" (Brest), Şotlandiyanın "Seltik" və Serbiyanın "Srvena Zvezda" komandaları da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlmişdi.

Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da növbəti 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
 
Yeni mövsümün ilk matçında Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırmış Ağdam təmsilçisi "Şerif" (Moldova) – "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə üz-üzə gələcəkdi. Doğma meydanda inamlı qələbə qazanan "Şerif" yenə "Qarabağ"a rəqib olub.
 
Bu günə nəzərdə tutulan oyunlardan biri koronavirus pandemiyasına görə təxirə salınıb. Baş tutan digər matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan daha 11 komandanın adına aydınlıq gəlib. Təsnifat mərhələləri bir görüşdən ibarət olduğu üçün qaliblər 2-ci təsnifat mərhələsində, məğlub olanlar isə Avropa Liqasında mübarizəni davam etdirəcək.
 
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ"dan başqa, Polşanın "Legiya", Belarusun "Dinamo" (Brest), Şotlandiyanın "Seltik" və Serbiyanın "Srvena Zvezda" komandaları da çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlmişdi.
 
UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsi
19 avqust
 
"Ararat" (Ermənistan) – "Omoniya" (Kipr) 0:1
Qol: Santos, 94.
 
"Molde" (Norveç) – "KuPS" (Finlandiya) 5:0
Qol: Hestad, 26. Eykrem, 37. Omoyjfuanfo, 69. Pedersen, 90+1. Knutdzon, 90+3.
 
"Flora" (Estoniya) – "Suduva" (Litva) 1:1 (penaltilər 2:4)
Qol: Sappinen, 49 – Topçaqiç, 78.
 
"çelye" (Sloveniya) – "Dandolk" (İrlandiya) 3:0
Qol: Kerin, 43. Vizinger, 89. Danqubiç, 90+5.
 
"Dinamo" (Tiflis, Gürcüstan) – "Tirana" (Albaniya) 0:2
Qol: Torassa, 45+4. İsmaylgeçi, 86.
 
"Ferentsvaroş" (Macarıstan) – "Yurqorden" (İsveç) 2:0
Qol: Nquen, 33; 62.
 
"Makkabi" (Təl-Əviv, İsrail) – "Riqa" (Latviya) 2:0
Qol: Blakman, 58-pen; 88-pen.
 
"Buduçnost" (Monteneqro) – "Lüdoqorets" (Bolqarıstan) 1:3
Qol: çukoviç, 31 – Hiqinio, 12. Tçibota, 25. Oliveyra, 90+3.
 
"Konnas Kuey" (Uels) – "Sarayevo" (Bosniya və Herseqovina) 0:2
Qol: Tatar, 16; 65.
 
"Şerif" (Moldova) – "Fola Eş" (Lüksemburq) 2:0
Qol: Abanq, 36. Lukiç, 80.
 
"Floriana" (Malta) – çFR (Rumıniya) 0:2
Qol: çestor, 53. Qolofka, 90+7.
 
"Klaksvik" (Farer adaları) – "Slovan" (Slovakiya) matçı təxirə salınıb

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest