Futbol üzrə UEFA çempionlar Liqası tarixində finalda ikinci dəfə alman məşqçilər üz-üzə gələcək.
 
Matc.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Tomas Tuxel və "Bavariya"nın çalışdırıcısı Hans Flik alman əsilli olaraq UEFA çempionlar Liqasının finalında çempionluq uğrunda mübarizə aparacaqlar.
 
İlk dəfə bu, 2012/13 mövsümündə qeydə alınmışdı. Belə ki, Yurgen Kloppun rəhbərliyi altında Dortmund "Borussiya"sı Yup Haynkesin çalışdırdığı "Bavariya"ya 1:2 hesabı ilə məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest