24 Avqust 2020, 20:11
ÇEMPİONLAR LİQASI
PSJ UEFA çempionlar Liqasının final matçında "Bavariya"ya 0:1 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, parislilər sözügedən turnirdə son 4 ildə ilk dəfə meydanı qol vurmadan tərk ediblər.
Sonuncu dəfə 2016-cı ildə səfərdə "Mançester Siti"yə minimal hesabla məğlub olan PSJ, o vaxtdan bəri keçirdiyi 34 oyunun hamısında qol sevinci yaşamışdı.
İlk dəfə çempionlar Liqasının finalında oynayan PSJ meydanı səssiz tərk edib.