Futbol üzrə Azərbaycan çempionu "Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblər müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaq. Bunlar "Molde", "Midtyulland", "Ferentsvaroş", "Omoniya" və Brest "Dinamo"sudur.
 
Qeyd edək ki, çL-in 3-cü təsnifat mərhələsinin püşkatması avqustun 31-də keçiriləcək.
 
UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsi
 
çempionlar yolu
 
Səpələnmişlər:
Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə)
Srvena Zvezda (Serbiya)
Qarabağ (Azərbaycan)
Makkabi (Təl-Əviv, İsrail)
 
Səpələnməmişlər:
Molde (Norveç)
Midtyulland (Danimarka)
Ferentsvaroş (Macarıstan)
Omoniya (Kipr)
Dinamo (Brest, Belarus)
 
Liqa yolu
 
Səpələnmişlər:
Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna)
Gent (Belçika)
 
Səpəənməmişlər:
Rapid (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
Alkmaar (Niderland)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest