Futbol üzrə UEFA çempionlar Liqasında 2019/20 mövsümünün rəmzi komandası açıqlanıb.
 
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.
 
Qapıçılar: Manuel Noyer ("Bavariya", Almaniya), Yan Oblak ("Atletiko", İspaniya), Antoni Lopes ("Olimpik", Lion, Fransa);
 
Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı "Bavariya"), Vircil van Deyk ("Liverpul", İngiltərə), Dayo Upamekano, Anhelinyo (hər ikisi "Leyptsiq", Almaniya);
 
Yarımmüdafiəçilər: Tyaqo Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı "Bavariya"), Ussem Auar ("Olimpik", Lion), Kevin De Breyne ("Mançester Siti", İngiltərə), Markinyos (PSJ, Fransa), Marsel Zabitser ("Leyptsiq"), Alexandro Qomes ("Atalanta", İtaliya);
 
Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi "Bavariya"), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi ("Barselona", İspaniya), Rahim Sterlinq ("Mançester Siti").
 
Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Bavariya" çempionlar Liqasının qalibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest