Almaniyada ilin ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, bu, "Bavariya"nın hücumçusu Robert Levandovskidir.
 
"Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında keçirdiyi sorğuda polşalı futbolçu 276 səslə qalib olub. Levandovski "Bavariya" ilə son mövsümdə iştirak etdiyi 47 oyunda 55 qol vurub.
 
İkinci sırada Tomas Müller (54), üçüncüdə Yozua Kimmix (49) yer alıb.
 
Sorğuda 526 jurnalist iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest