UEFA-nın çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" - "Şerif" matçının (2:1)  hakimlərini qəfil dəyişdirməsinin səbəbi məlum olub.
 
Matc.az "Kazfootball"a istinadən xəbər verir ki, oyunu Furkat Atajanovun rəhbərliyi ilə Qazaxıstandan olan hakimlər briqadası idarə etməli idi.
 
Lakin Atajanovun köməkçisi Sergey Kalaçevdə koronavirus aşkarlanıb. Buna görə də Avropanın ali futbol qurumu görüşün hakimlər briqadasını dəyişib.
 
Bununla da matçın idarəetməsi Nikolay Balakinin başçılığı etdiyi ukraynalı referilərə tapşırılıb. "Qarabağ" "Şerif"lə oyunda 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest