Futbol üzrə UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) – "Alkmaar" (Niderland) matçı da neytral meydanda keçirilə bilər.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Kiyev şəhərində koronavirusla bağlı epidemoloji vəziyyətin gərgin olmasıdır.
 
Ukraynanın paytaxtında son bir həftədə hər gün 200-dən çox koronavirusa yoluxma faktı qeydə alınır.
 
UEFA məsələni araşdıracaq və qısa zamanda matçın harda keçirilməsiylə bağlı yekun qərar verəcək.
 
"Dinamo" – "Alkmaar" matçı sentyabrın 16-da keçiriləcək.
 
Qeyd edək ki, çL-in 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşmalı olan Norveç "Molde"si də bu oyunun Bakıda yox, neytral meydanda keçirilməsini istəyir. Hazırda bu oyunla da bağlı UEFA-nın verəcəyi yekun qərar gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest