Azərbaycan çempionu "Qarabağ" bu gün futbol üzrə UEFA çempionlar Liqasında növbəti matçına çıxıb.

 
Matc.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində "Molde" ilə qarşılaşıb.
 
Norveç çempionu ilə qarşılaşma Kiprdə baş tutub. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçirilib.
 
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxt zamanı Norveç təmsilçisi penalti vurmaq hüququ qazansa da, Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev komandasını qoldan xilas etməyi bacarıb. Beləcə, əlavə yarım saatda da qapılara qol vurulmayıb. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Molde" növbəti mərhələyə yüksəlib.
 
Bu cütün qalibi pley-offda "Ferentsvaroş" (Macarıstan) – "Dinamo" (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcəkdi. "Molde" digər oyunda qələbə qazanmış "Ferentsvaroş"a rəqib olub. Məğlub olan "Qarabağ" isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.
 
UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsi
16 sentyabr
 
Qarabağ – Molde 0:0 (penaltilər 5:6)
Matçın 102-ci dəqiqəsində "Molde"nin futbolçusu E.Hussayn penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Kipr, Larnaka. "AEK Arena".
 
Penalti seriyası:
Ohi Omoyjuanfo (qol) 0:1
Uroş Matiç (qol) 1:1
Fredrik Aursnes (qol) 1:2
Maksim Medvedev (qol) 2:2
Eyrik Hestad (qol) 2:3
Patrik Andrade (qol) 3:3
Tobias Kristensen (qol) 3:4
Kevin Medina (qol) 4:4
Martin Ellinqsen (qol) 4:5
Şahruddin Məhəmmədəliyev (qol) 5:5
Kristoffer Haugen (qol) 5:6
Bədavi Hüseynov (qapıçı) 5:6
 
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Molde: 1. Andreas Linde, 6. Stian Qreqersen, 7. Maqnus Eykrem (k), 10. Leke Ceyms, 11. Martin Ellinqsen, 14. Erlinq Knudtzon, 16. Etzaz Hussayn, 17. Fredrik Aursnes, 19. Eyrik Hestad, 20. Henri Uinqo, 28. Kristoffer Haugen.
Ehtiyat oyunçular: 12. Aleksandro Kraninks, 5. Şeriff Sinyan, 15. Tobias Kristensen, 22. Ola Brünhildsen, 27. Markus Pedersen, 30. Matis Bolli, 99. Ohi Omoyjuanfo.
Baş məşqçi: Erlinq Mo.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest