“Latsio”nun bir neçə gün əvvəl “Fənərbaxça”dan heyətinə qatdığı Vedat Muriqi koronavirusa yoluxub.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Latsio” ilə müqavilə bağladıqdan sonra Türkiyəyə qayıdan 26 yaşlı futbolçunun koronavirus testi pozitiv nəticələnib.
 
Onun xəstəliyin simptomlarını daşımadığı və karantinə alındığı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest