07 İyul 2025, 11:09
MPL
Azərbaycan çempionu Ukraynanın "Metalist 1925" klubu ilə üz-üzə gələcək. Kaprun stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Azərbaycan çempionu Ukraynanın "Metalist 1925" klubu ilə üz-üzə gələcək. "Kaprun" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" Bakıda keçirdiyi hazırlıq görüşündə "Zirə"ni 4:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi Avstriyada "Tvente" (iki dəfə) və "Zalsburq"la qarşılaşacaq.