07 İyul 2025, 12:32
FUTBOL
"İnter Mayami" ilə müüqaviləsi bu ilin sonunda başa çatan Lionel Messi Səudiyyə Ərəbistanına yollana bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Əl-Əhli" argentinalı ulduzu heyətinə qatmaq istəyir. Ərəblər artıq 38 yaşlı vingerlə danışıqlara başlayıb.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm MLS təmsilçisinin heyətində keçirdiyi 18 oyunda 13 qol vurub, 6 qol ötürməsi edib.