07 İyul 2025, 18:15
FUTBOL
"Qalatasaray" ötən mövsüm "Napoli"dən icarəyə götürdüyü Viktor Osimhenin transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Sarı-qırmızılar" Osimhenlə razılıq əldə edib. "Qalatasaray" nigeriyalı futbolçu üçün "Napoli"yə 50 milyon avroluq təklif göndərib. İtaliya klubu 26 yaşlı forvard üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 41 oyunda 37 qol vurub, 8 qol ötürməsi edib.