07 İyul 2025, 11:59
FUTBOL
"Qalatasaray" Hakan Çalhanoğlu üçün "İnter"ə rəsmi təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.
İtaliya klubu "sarı-qırmızılar"ın 17 milyon avroluq təklifini qəbul etməyib. Onlar 31 yaşlı yarımmüdafiəçi üçün 32 milyon avro tələb edir.
Qeyd edək ki, Hakan Çalhanoğlu ötən mövsüm "İnter"in heyətində keçirdiyi 47 oyunda 11 qol vurub, 8 qol ötürməsi edib.