"Fənərbaxça" ötən mövsümün ikinci yarısında PSJ-dən icarəyə götürdüyü Milan Şkrinyarın transfer hüquqlarına yiyəyənəcək.

Matc.az xəbər verir ki, bu barədə "Ajansspor" məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. İstanbul nəhəngi slovakiyalı mərkəz müdafiəçisi üçün PSJ-yə 12+3 milyon avro təzminat ödəyəcək. 29 yaşlı futbolçu Super Liqa təmsilçisində illik 9 milyon avro maaş alacaq.

Qeyd edək ki, Milan Şkrinyar ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 23 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest