"Nyukasl" hücumçusu Uilsonla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli forvardın klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, Kallum Uilson 2020-ci ilin yayından "Nyukasl"da çıxış edirdi. 33 yaşlı forvard ötən mövsüm "sağsağanlar"ın heyətində keçirdiyi 22 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest