İngiltərənin "Aston Villa" klubu müdafiəçisi Tayron Minqslə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
27 yaşlı futbolçusu Birmingem təmsilçisi ilə müddəti 2024-cü ilin yayında bitəcək yeni müqaviləyə imza atıb.
 
İngilis futbolçu 2019-cu ilin yanvarından "Aston Villa"nın uğurları üçün çalışır. İngiltərə yığmasında da oynamış müdafiəçi daha öncə "Bornmut", "İpsviç Taun" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest