Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirə Bakı vaxtı ilə saat 19:00-da start verilib.
 
Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda püşklə 8 qrupa bölünüb. Qonşu Türkiyə çempionu "Başakşəhər"in də qrupdakı rəqibləri bilinib.
 
Qeyd edək ki, qrup mərhələsində 1-ci tur 20/21 oktyabr, 2-ci tur 27/28 oktyabr, 3-cü tur 3/4 noyabr, 4-cü tur 24/25 noyabr, 5-ci tur 1/2 dekabr, 6-cı tur isə 8/9 dekabrda keçiriləcək.
 
UEFA çempionlar Liqası
Qrup mərhələsi
 
A qrupu
Bavariya (Almaniya)
Atletiko (İspaniya)
Zalsburq (Avstriya)
Lokomotiv (Rusiya)
 
B qrupu
Real (İspaniya)
Şaxtyor (Donetsk, Ukrayna)
İnter (İtaliya)
Borussiya (Münhenqladbax, Almaniya)
 
C qrupu 
Portu (Portuqaliya)
Mançester Siti (İngiltərə)
Olimpiakos (Yunanıstan)
Olimpik (Marsel, Fransa)
 
D qrupu
Liverpul (İngiltərə)
Ayaks (Niderland)
Atalanta (İtaliya)
Midtyulland (Danimarka)
 
E qrupu
Sevilya (İspaniya)
çelsi (İngiltərə)
Krasnodar (Rusiya)
Renn (Fransa)
 
F qrupu
Zenit (Rusiya)
Borussiya (Dortmund, Almaniya)
Latsio (İtaliya)
Brügge (Belçika)
 
G qrupu
Yuventus (İtaliya)
Barselona (İspaniya)
Dinamo (Kiyev, Ukrayna)
Ferentsvaroş (Macarıstan)
 
H qrupu
PSJ (Fransa)
Mançester Yunayted (İngiltərə)
Leyptsiq (Almaniya)
Başakşəhər (Türkiyə)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest