"Zirə" Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk qələbəsini qazanıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, VII turun "Qəbələ" ilə matçında 1:0 hesabı ilə qalib gələn bakılılar bununla da yubiley qələbəsini bayram edib.

Qəsəbə klubu Premyer Liqada 40-cı dəfə 3 xala sevinib. Bunadək "Zirə"nin hesabında 39 qələbə var idi. Komanda 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan klub 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb. "Zirə" evdə daha çox qələbə əldə edib. öz meydanında 26-cı uğurunu qeyd edən paytaxt təmsilçisi səfərdə 14 dəfə 3 xal qazanıb.

Qeyd edək ki, komanda ilk qələbəsini 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda rəsmiləşdirib – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest