İtaliyanın "Napoli" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu, ispan yarımmüdafiəçi Fabian Ruisdir.
 
Bu barədə İspaniya milli komandasının mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçunun koronavirus testi müsbət çıxıb.
 
"Napoli"də bundan əvvəl Eylif Elmas və Petr Zelinskidə koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest