 
 
Bu gün UEFA çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin ilk turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.
G qrupu çərçivəsində "Yuventus" səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda "Barselona" Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib və darmadağınla qalib gəlib.
Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və "Mançester Yunayted" komandaları Parisdə üz-üzə gəlib. üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" "Leyptsiq"in qonağı olub və məğlubiyyətlə üzləşib.
F qrupunda "Zenit" evdə "Brügge"yə uduzub. Dortmund "Borussiya"sı isə "Latsio" ilə səfər oyunundan məğlub ayrılıb.
E qrupu çərçivəsində baş tutan "Renn" – "Krasnodar" və "çelsi" – "Sevilya" matçında qalib müəyyənləşməyib.
Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
	UEFA çempionlar Liqası
	Qrup mərhələsi
	20 oktyabr
	F qrupu
	
	Zenit (Rusiya) – Brügge (Belçika) 1:2
	Qol: Horvat, 74 – Dennis, 63. Ketelaere, 90+3.
	
	Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya)
	Qol: İmmobile, 6. Hits, 23-öz qapısına. Akpro, 76 – Haland, 71.
	G qrupu
	
	Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) 0:2
	Qol: Morata, 46; 84.
	
	Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) 5:1
	Qol: Messi, 27-pen. Fati, 42. Koutinyo, 52. Pedri, 82. Dembele, 89 – Xaratin, 70-pen.
	E qrupu
	
	Renn (Fransa) – Krasnodar (Fransa) 1:1
	Qol: Jirassi, 56 – K.Ramires, 59.
	
	çelsi (İngiltərə) – Sevilya (İspaniya) 0:0
	H qrupu
	
	PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:2
	Qol: Marsyal, 55-öz qapısına – B.Fernandes, 23-pen. Reşford, 87.
	
	Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) 2:0
	Qol: Anxelinyo, 16; 20.

 
             
 















