Belə ki, tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ qazanan Türkiyə çempionu, İstanbulun ÇL-də mübarizə aparan dördüncü təmsilçisidir. Bununla da İstanbul ÇL-də dörd fərqli komanda ilə təmsil olunan ilk şəhər kimi tarixə keçib.

Türkiyənin İstanbul şəhəri futbol üzrə UEFA çempionlar Liqasının tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, bu sözügedən şəhərin təmsilçisi "Başakşəhər"in ötən gecə Almaniyanın "Leyptsiq" klubu ilə oyununda rəsmiləşib.
 
Belə ki, tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ qazanan Türkiyə çempionu, İstanbulun çL-də mübarizə aparan dördüncü təmsilçisidir. Bununla da İstanbul çL-də dörd fərqli komanda ilə təmsil olunan ilk şəhər kimi tarixə keçib.
 
Xatırladaq ki, daha öncə bu şəhəri təmsil edən "Qalatasaray" 16, "Beşiktaş" 7, "Fənərbaxça" isə 6 dəfə çempionlar Liqasında iştirak hüququ qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest