"Liverpul" UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Danimarkanın "Midtyulland" klubunu məğlub edib – 2:0.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada hesabı açan Dioqo Jota həm də Mersisayd klubunun tarixinə keçib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, portuqal hücumçu "Liverpul"un tarixində 10 mininci qola imza atıb.
 
"Liverpul" çempionlar Liqasının D qrupunda 6 xalla liderdir. "Atalanta" 4 xalla 2-ci, "Ayaks" 1 xalla 3-cü, "Midtyulland" isə 0 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest