"Neftçi"nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev bugünlərdə 80 yaşını qeyd edib
 
Matc.az xəbər verir ki, bu münasibətlə paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov yubilyarı iş yerində ziyarət edib.
 
Tuayevə klub adından təbriklər və ən xoş arzularını çatdırıb.
 
Qeyd edək ki, hazırda Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev 1961-1971-ci illər ərzində "Neftçi"nin heyətində 298 oyun keçirib, 60 qol vurub, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb.
 
1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə "Neftçi"nin baş məşqçisi olmuş Tuayev 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest