Lider "Turan Tovuz" bu tur çərçivəsində səfərdə "Qaradağ Lökbatan"la qarşılaşıb. Görüş tovuzluların 3:1 hesablı qələbəsiylə başa çatıb. Günün digər matçında turnir cədvəlinin ikincisi "Kəpəz" MOİK-i minimal hesabla məğlub edib.

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
 
Lider "Turan Tovuz" bu tur çərçivəsində səfərdə "Qaradağ Lökbatan"la qarşılaşıb. Görüş tovuzluların 3:1 hesablı qələbəsiylə başa çatıb.
 
Günün digər matçında turnir cədvəlinin ikincisi "Kəpəz" MOİK-i minimal hesabla məğlub edib.
 
Birinci Divizion
6-cı tur
19 noyabr
 
Qaradağ Lökbatan – Turan Tovuz 1:3
Qol: Elvin Sərkərov, 72 – Aqşin Muxtaroğlu, 39. Nurlan Şabanov, 62. Elmir Tağıyev, 90+2
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Səbuhi Bayramov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
 
Kəpəz – MOİK 1:0
Qol: Emil Məmmədov, 8-avtoqol.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.
 
20 noyabr
 
14:00 Qarabağ-2 – Zaqatala
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Ruslan Quliyev, Rauf Cabarov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
 
14:00 Sumqayıt-2 – Neftçi-2
Hakimlər: Rauf Allahveridyev, Teymur Teymurov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)
 
14:00 Keşlə-2 – Sabah-2
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Hidayət Feyzullayev, Səbuhi Bayramov
"ASK Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest