Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "çelsi" səfərdə "Nyukasl" üzərində inamlı qələbəyə sevinib. "Aston Villa" evdə "Brayton"a uduzubsa, "Mançester Yunayted" "Vest Bromviç"i minimal hesabla üstələyib.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi "Tottenhem" doğma meydanda "Mançester Siti" ilə qarşılaşıb. İki cavabsız qolla qalib gələn londonlular həm də zirvəni ələ keçiriblər.
 
İngiltərə Premyer Liqası
9-cu tur
21 noyabr
 
Nyukasl – çelsi 0:2
Qol: Fernandes, 10-öz qapısına. Abraham, 65.
 
Aston Villa – Brayton 1:2
Qol: Konsa, 47 – Uelbek, 12. Març, 56.
 
Tottenhem – Mançester Siti 2:0
Qol: Son, 5. Lo çelso, 65.
 
Mançester Yunayted – Vest Bromviç 1:0
Qol: B.Fernandes, 56-pen.
 
22 noyabr
 
16:00 Fulhem – Everton
18:00 Şeffild Yunayted – Vest Hem
20:30 Lids – Arsenal
23:15 Liverpul – Lester
 
23 noyabr
 
21:30 Bernli – Kristal Pelas
00:00 Vulverhempton – Sauthempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest