Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
 
Matc.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Almaniyanın “Borussiya” (Münhenqladbax) klubundan 3 futbolçu yer alıb:
 
Qapıçı: Gilyerme Marinato (“Lokomotiv”, Moskva);
 
Müdafiəçilər: Niko Elvedi, Oskar Vendt (hər ikisi “Borussiya”, Münhenqladbax), Zaidu Sanusi (“Portu”), Serjinyo Dest (“Barselona”), Robin Qosens (“Atalanta”);
 
Yarımmüdafiəçilər: Lars Ştindl (“Borussiya”, Münhenqladbax), Kinqsli Koman (“Bavariya”), Bruno Fernandes (“Mançester Yunayted”);
 
Hücumçular: Çiro İmmobile (“Latsio”), Martin Breytveyt (“Barselona”).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest