Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub.

Turnirin son qalibi "Bavariya" 1-ci yeri təmin etdiyi A qrupunda "Atletiko" ilə heç-heçə edib. "Lokomotiv" isə "Zaltsburq"a məğlub olub.

"Şaxtyor" "Real"ı ikinci dəfə məğlub etməklə B qrupunda 2-ci pilləyə yüksəlib. Münhenqladbax "Borussiya"sı "İnter"ə uduzsa da, liderliyini qoruyub. B qrupunda son tur ərəfəsində bütün komandalar 1/8 final şansını saxlayıb.

"Porto" ilə üz-üzə gələn "Mançester Siti" ilk xal itkisinə üzülüb. Bu nəticə ingilislərə C qrupunun qalibi adını qazandırıbsa, "Porto" 1/8 finala vəsiqəni təmin edib. Autsayderlərin görüşündə də Marsel "Olimpik"i "Olimpiakos"u üstələyib.

D qrupunun lideri "Liverpul" "Ayaks" üzərində qələbə ilə 1/8 finala vəsiqəni təmin edib. "Atalanta" qrup sonuncusu "Midtyulland"la heç-heçə oynayıb.

UEFA çempionlar Liqası
Qrup mərhələsi

1 dekabr

A qrupu

"Lokomotiv" (Rusiya) – "Zaltsburq" (Avstriya) 1:3
Qol: Mirançuk, 79-pen – Berişa, 28; 41. Adeyemi, 81.

"Atletiko" (İspaniya) – "Bavariya" (Almaniya) 1:1
Qol: J.Feliks, 26 – Müller, 86-pen.

Bavariya – 13, Atletiko – 6, Zaltsburq – 4, Lokomotiv – 3.

B qrupu

"Şaxtyor" (Ukrayna) – "Real" (İspaniya) 2:0
Qol: Dentinyo, 57. Solomon, 82.

"Borussiya" (Münhenqladbax, Almaniya) – "İnter" (İtaliya) 2:3
Qol: Plea, 45+1; 76 – Darmian, 17. Lukaku, 64; 73.

Borussiya – 8, Şaxtyor – 7, Real – 7, İnter – 5.

C qrupu

"Olimpik" (Marsel, Fransa) – "Olimpiakos" (Yunanıstan) 2:1
Qol: Payet, 55-pen; 75-pen – Kamara, 33.

"Portu" (Portuqaliya) – "Mançester Siti" (İngiltərə) 0:0

Mançester Siti – 13, Portu – 10, Olimpiakos – 3, Olimpik – 3.

D qrupu

"Liverpul" (İngiltərə) – "Ayaks" (Niderland) 1:0
Qol
: Cons, 58.

"Atalanta" (İtaliya) – "Midtyulland" (Danimarka) 1:1
Qol: Romero, 79 – Şolts, 13.

Liverpul – 12, Atalanta – 8, Ayaks – 7, Midtyulland – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest