Türkiyənin "Ankaragücü" klubunun kollektivi Super Liqanın 11-ci turu çərçivəsində qarşılaşacaqları "Antalyaspor"la oyundan öncə koronavirus testi verib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində dörd nəfərdə COVİD-19 aşkarlanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə koronavirusa yoluxanlardan birinin texniki, qalan üç nəfərin isə idarə heyətindən olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Antalyaspor" – "Ankaragücü" matçı dekabrın 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest