Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Matc.az xəbər verir ki, A, B, C və D qruplarındakı matçlardan sonra 1/8 finala son 4 vəsiqənin sahibi müəyyənləşib.

Bir gün öncə yarımçıq qalan PSJ – “Başakşəhər” matçında böyükhesablı nəticə qeydə alınıb. Turnir cədvəli baxımından əhəmiyyətsiz qarşılaşmada fransalılar 5:1 hesablı ev qələbəsinə sevinib.

D qrupunun qalibi olan “Liverpul” özü üçün formal xarakterli görüşdə “Midtyulland”la heç-heçə oynayıb. “Ayaks” üzərində 1:0 hesablı qələbə qazanan “Atalanta” isə 1/8 finala yüksəlib. Niderland klubu yoluna Avropa Liqasında davam edəcək.

Ötən mövsümün qalibi “Bavariya” A qrupunda növbəti qələbəsini “Lokomotiv” üzərində qazanıb. “Atletiko” da səfərdə “Zalsburq”u məğlub etməklə qrup ikincisi olub. Avroliqaya vəsiqəni avstriyalılar qazanıb.

B qrupunda “Real” Münhenqladbax “Borussiya”sı üzərində qələbə ilə 1-ci yeri tutub. “İnter”lə “Şaxtyor”un heç-heçə etməsi Almaniya təmsilçisini də 1/8 finala daşıyıb. Ukrayna klubu isə Avropa Liqasında oynayacaq.

C qrupunda liderlər turu qələbə ilə başa vurub. “Mançester Siti” Marsel “Olimpik”inə, “Porto” “Olimpiakos”a qalib gəlib. Sonuncular 3-cü yerin sahibi kimi Avropa Liqasında oynamalı olacaq.

Qeyd edək ki, daha öncə “Bavariya”, “Mançester Siti”, “Porto”, “Liverpul”, “Çelsi”, “Sevilya”, “Borussiya” (Dortmund), “Barselona”, “Yuventus”, “Leyptsiq”, PSJ və “Latsio” 1/8 finala, “Krasnodar”, “Mançester Yunayted”, “Brügge” və “Dinamo” (Kiyev) isə Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur

9 dekabr

A qrupu

“Bavariya” (Almaniya) – “Lokomotiv” (Moskva, Rusiya) 2:0
Qol: Sule, 63. Çupo-Motinq, 80.

“Zaltsburq” (Avstriya) – “Atletiko” (İspaniya) 0:2
Qol: Hermoso, 39. Karrasko, 86.

Bavariya – 16, Atletiko – 9, Zaltsburq – 4, Lokomotiv – 3.

B qrupu

“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 0:0

“Real” (İspaniya) – “Borussiya” (Münxenqladbax, Almaniya) 2:0
Qol: Benzema, 9; 32.

Real – 10, Borussiya – 8, Şaxtyor – 8, İnter – 6.

C qrupu

“Olimpiakos” (Yunanıstan) – “Portu” (Portuqaliya) 0:2
Qol: Otavio, 10-pen. Uribe, 77.

“Mançester Siti” (İngiltərə) – “Olimpik” (Marsel, Fransa) 3:0
Qol: Torres, 48. Aquero, 77. Sterlinq, 90.

Mançester Siti – 16, Portu – 13, Olimpiakos – 3, Olimpik – 3.

D qrupu

“Ayaks” (Niderland) – “Atalanta” (İtaliya) 0:1
Qol: L.Muriel, 85.

“Midtyulland” (Danimarka) – “Liverpul” (İngiltərə) 1:1
Qol: Şolts, 62-pen – Salah, 1.

Liverpul – 13, Atalanta – 11, Ayaks – 7, Midtyulland – 2.

H qrupu

PSJ (Fransa) – “Başakşəhər” (Türkiyə) 5:1
Qol: Neymar, 21; 38; 50. Mbappe, 42-pen; 62 – M.Topal, 57.

PSJ – 12, Leyptsiq – 12, Mançester Yunayted – 9, Başakşəhər – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest