Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, püşkdən öncə 16 komanda iki səbətə bölünüb.
 
Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alıb. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.
 
1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.
 
UEFA çempionlar Liqası
1/8 final
 
Borussiya (Münhenqladbax, Almaniya) - Mançester Siti (İngiltərə)
Latsio (İtaliya) - Bavariya (Almaniya)
Atletiko (İspaniya) - çelsi (İngiltərə)
Leyptsiq (Almaniya) - Liverpul (İngiltərə)
Portu (Portuqaliya) - Yuventus (İtaliya)
Barselona (İspaniya) - PSJ (Fransa)
Sevilya (İspaniya) - Borussiya (Dortmund, Almaniya)
Atalanta (İtaliya) - Real (İspaniya)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest