Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) bütün zamanların yeni reytinq siyahısı açıqlanıb.
 
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 526 klub yer alıb. Azərbaycandan 7 klub reytinq siyahısına düşüb.
 
Azərbaycan Premyer Liqasının son qalibi “Qarabağ” 46 xalla 78-ci sıradadır. “Neftçi” 15 xalla 171-ci, fəaliyyətini dayandıran “Bakı” klubu isə 6 xalla 271-ci sıradadır.
 
“Keşlə” 5 xalla 297-ci, “Şəmkir” 2 xalla 398-ci, “Kəpəz” isə 2 xalla 399-cudur. Bir xalı olan “Xəzər Lənkəran” 426-cı pillədə yer alıb.
 
UEFA-nın reytinqinə əsasən, ilk sırada İspaniyanın “Real” klubu qərarlaşıb. “Kral klubu”nun aktivində 607 xalı var. İkinci sırada 495 xalla Almaniyanın “Bavariya”, 3-cü pillədə isə 459 xalla İspaniyanın “Barselona” klubu yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest